ABŞ prezidenti Donald Tramp Venesueladan alınan 50 milyon barel neftin Texasın Hyuston şəhərinə getdiyini açıqladı.
Turkustan.az xəbər verir ki, Tramp Corciya ştatında keçirilən tədbirdə çıxışı zamanı iqtisadi gündəmlə bağlı açıqlamalar verib.
Tramp Venesuelaya neft məsələsində "çox kömək etdiklərini" bildirərək dedi: "Onların çoxlu nefti var, bizim də çoxlu neftimiz var, amma biz onlara çox kömək edirik. Biz 50 milyon barel neft aldıq və hazırda çox böyük gəmilərlə Hyustona çox gözəl şəkildə daşınır".
Tramp bunun Venesuela üçün "əla" olacağını bildirərək, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezin "əla" iş gördüyünü və onunla yaxşı yola getdiyini bildirib.
ABŞ-ın hava hücumlarından və Venesuela prezidenti Nikolas Maduronun həbsindən sonra onun vitse-prezidenti Delsi Rodrigez 5 yanvarda müvəqqəti prezident kimi and içdi.
Hadisədən sonra ölkədə bəzi hüquqi dəyişikliklər baş verdi və xarici şirkətlərin neft sənayesində iştirakını asanlaşdırmağı hədəfləyən "Üzvi Karbohidrogenlər Qanunu İslahatı Qanunu" 30 yanvarda Milli Məclis tərəfindən yekdilliklə təsdiq edildi.
Aytən Yaşar/ Turkustan.az