Xocavəndə ilk köç karvanı yola salındı


Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç karvanı yola salınıb.

Turkustan.az xəbər verir ki, ilk mərhələdə Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ