Donald Tramp administrasiyasının səyləri nəticəsində Ukrayna və Rusiya arasında baş tutan görüşdə əhəmiyyətli irəliləyiş əldə edilib.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib.
"Bu gün Prezident Trampın göstərişi ilə ABŞ Ukrayna və Rusiya ilə keçirilən üçüncü üçtərəfli müzakirələr seriyasına moderatorluq edib. Prezident Trampın hər iki tərəfi bir araya gətirməklə əhəmiyyətli irəliləyişlərə nail oldu", - deyə Uitkoff sosial platformada yazıb.
Elçi daha sonra qeyd edib ki, hər iki tərəf liderlərini məlumatlandırmaq və razılığa gəlmək üçün işləri davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, çərşənbə axşamı Cenevrədə Ukrayna müharibəsinin həlli ilə bağlı Rusiya-ABŞ-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib./publika.az