Tramp: "İranda ola biləcək ən yaxşı nəticə rejim dəyişikliyidir"


Prezident Donald Trampın hücum əmri verəcəyi təqdirdə, ABŞ ordusu İrana qarşı həftələrlə davam edə biləcək əməliyyatlara hazırlaşır.

Bu barədə iki ABŞ rəsmisi “Reuters“ə bildirib.

Qeyd edilib ki, ABŞ ordusu İrana qarşı mümkün həftəlik əməliyyatlara hazırlaşır.

Rəsmilər bildirirlər ki, hücum əmri verilərsə, ABŞ ordusu İranın nüvə obyektlərinə məhdud hücumdan kənara çıxara bilər. Belə ki, ABŞ ordusu dövlət və təhlükəsizlik hədəflərinə davamlı hücumları nəzərdə tutan planlar hazırlayıb.

Rəsmilər "İranın qisas alacağını və bunun daha geniş, uzun müddətli regional münaqişə riskini artıracağını" gözləyirlər.

Qeyd edək ki, ABŞ rəsmiləri ötən gün Pentaqonun Yaxın Şərqə əlavə bir təyyarədaşıyan gəmi göndərdiyini bildirib.

Donald Tramp isə İranda rejim dəyişikliyinin ən yaxşı nəticə olacağını qeyd edib: "Görünür, bu, baş verə biləcək ən yaxşı şey olardı"..

Xatırladaq ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirlib.

Bu danışıqlar ötən ilin iyun ayında İsraillə İran arasında 12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüş olub.


MANŞET XƏBƏRLƏRİ