Pezeşkian çıxışında Azərbaycan atalar məsəlini çəkdi - VİDEO


Məsud Pezeşkian çıxışında Azərbaycan atalar sözündən istifadə edib.

Turkustan.az Sepehr-ə istinadla xəbər verir ki, o, Gülüstan əyalətinin investorları və iqtisadi fəalları ilə görüşdə bir şəxslə mübahisə edib.

İran Prezidenti cəmiyyətdə gözləntilərin xeyli yüksək və reallıqla tərs-mütənasib olduğunu vurğulayıb.

"Biz heç kimə yerinə yetirə bilməyəcəyimiz vədlər vermirik", - deyən Məsud Pezeşkian Azərbaycan atalar məsəlini xatırladıb: "Əyri oturaq - düz danışaq".

Xatırladaq ki, bundan əvvəl o, "Heydərbabaya salam" poemasından şeir oxuyub. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ