Ermənistan və ABŞ arasında əldə edilən razılaşmalarda Ermənistanın ən azı 99 il müstəqil və suveren dövlət kimi mövcud olacağı nəzərdə tutulur.
Turkustan.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziya Şirkətinə verdiyi müsahibədə bildirib.
O, ABŞ-nin uzunmüddətli investisiya proqramı və onun əsaslandırması barədə danışıb:
“Razılaşmaya əsasən, 50 ildən sonra faiz nisbəti dəyişəcək və Ermənistan Respublikasının payı 49% olacaq. Niyə? Çünki hesablamalara görə, insanlar investisiya qoyur, söhbət milyardlarla dollardan gedir və bu investisiyalar öz bəhrəsini verməli, mənfəət olmalıdır. Mən iqtisadi faydadan danışıram, çünki ABŞ-yə və ya başqasına “Bilirsiniz, 2 milyard dollar investisiya qoyun, sonra nə olur-olsun, bu pulu geri qazana biləcəksiz, ya yox,fərqi yoxdur” demək məntiqsiz olardı.
Məsələ bundadır ki, istənilən investor və bütün investisiya proqramlarında, o cümlədən Ermənistandakı proqramlarda, investisiya qoyarkən pulun müəyyən mənfəətlə qayıdacaına dair müəyyən zəmanətlər istənilir. Əks halda, niyə investisiya qoysunlar? Pulu qazanacaqlar, banka gedəcəklər, faizlə depozit qoyacaqlar və geri alacaqlar.
İkinci məqam. Əvvəlcə özümüz 99 il, 50 il haqqında düşünür və danışırdıq… Bu rəqəmlər komandamız arasında müəyyən narahatlıq yaratdı. Sonra dedik: “Gəlin bu məsələyə fərqli bir perspektivdən baxaq”. Amerika Birləşmiş Ştatları Ermənistan Respublikasında 99 il, ən azı 99 il investisiya proqramı həyata keçirir. Başqa sözlə, dünyanın bir nömrəli supergücü Ermənistan Respublikasının 99 il müstəqil, suveren bir dövlət kimi mövcud olacağını deyir. Mövcud olacaq, sülh olacaq və normal investisiya mühiti olacaq.
“Bağışlayın, çox sərt səslənəcək bir açıqlama verəcəyəm və bunun çox sərt qəbul ediləcəyini istisna etmirəm, amma məsələn, əvvəlki tariximizdə 99 illik perspektivimizin, 99 illik planımızın olduğu və bu 99 illik planı dünyanın bir nömrəli supergücü ilə birlikdə hazırladığımız bir dövrü axtarıram və görmürəm. İstəyirəm ki, bu anı həqiqətən qiymətləndirək və bu, 2018-ci ildə qəbul etdiyimiz dövlətimizin uzunömürlülüyü gündəliyinə uyğundur”./Gununsesi.info