Pezeşkian xəbərdarlıq etdi: Təhqir etməyin!


İran prezidenti Məsud Pezaşkian ölkə mediasına "İrana qonşu ölkələrin liderlərini və rəsmilərini mətbuat vasitəsilə təhqir etməmək" barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian Nazirlər Kabinetinin iclasında gündəliyə dair açıqlamalar verib.

Pezeşkyan qonşu ölkələrlə müsbət münasibətlərin vacibliyini vurğuladı və mətbuatın qonşu ölkələrə qarşı təhqiramiz dildən istifadə etməkdən çəkinməli olduğunu bildirdi.

Pezeşkyan region ölkələrinin, xüsusən də İranla həmsərhəd olan ölkələrin Tehranla tez-tez əlaqə saxladığını qeyd edərək, bu ölkələrin regionda müharibənin qarşısını almağa və problemləri dialoq yolu ilə həll etməyə çalışdıqlarını vurğulayıb.

Pezeşkian həmçinin İran rəsmilərini qonşu ölkələrlə münasibətlərə xələl gətirə biləcək açıqlamalar verməkdən çəkinməyə və çıxışlarında diqqətli olmağa çağırıb.

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi bildirib ki, Tehran administrasiyası qonşuları ilə münasibətlərdə xarici siyasətində bir çox səhvlərə yol verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ