Tramp administrasiyasının Alberta separatçıları ilə gizli görüşdüyü iddia olunur


ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanadanın Alberta əyalətini ABŞ-dan ayırmağı hədəfləyən bir qrupla gizli görüşlər keçirdiyi iddia edilir.

Turkustan.az xəbər verir ki, “The Washington Times” qəzeti ABŞ Dövlət Departamentinin rəsmilərinin aprel ayından bəri Albertanın ABŞ-dan ayrılmasını müdafiə edən “Alberta Rifah Layihəsi” ilə üç gizli görüş keçirdiyini bildirib.

Qəzetə danışan qrupun baş direktoru Miç Silvestr bildirib ki, müzakirələr Albertanın ayrılacağı təqdirdə ABŞ ilə ticarət sazişinin bağlanmasına yönəlib .
Silvestr qrupun belə bir razılaşma əldə etmək səlahiyyətinə malik olmadığını etiraf etsə də, "müstəqil Albertanın hazırlıqsız tutulmasını istəmədiyini" iddia etdi.

Silvestr ABŞ rəsmilərinin qrupa kömək etmək barədə heç bir öhdəlik götürmədiyini bildirdi və "Kanadada ən qütbləşən şeyin Donald Tramp olduğunu" iddia etdi.

Silvestr qeyd edib ki, qrup liderləri "ABŞ-ın müstəqillik hərəkatından uzaq durmasını üstün tutublar".

Hesabatda bildirilirdi ki, sözügedən qrup Albertanın ölkədən ayrılması ilə bağlı referendum keçirilməsini dəstəkləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ