İran və ABŞ arasında Omanda keçirilən danışıqlar başa çatdı


İran dövlət televiziyasının məlumatına görə, yerli vaxtla saat 11:00 radələrində Omanın paytaxtı Məsqətdə başlayan ABŞ-İran danışıqları başa çatıb və İran danışıqlar qrupu öz yaşayış yerlərinə qayıdıb.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının müxbiri bildirib ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi danışıqların "hələlik" başa çatdığını və hər iki ölkənin nümayəndə heyətlərinin öz ölkələrinə qayıtmalarının gözlənildiyini açıqlayıb.

Tərəflər danışıqların nəticələri ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Danışıqlarda İran nümayəndə heyətini xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətini isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff təmsil edib. Vitkova Trampın kürəkəni və müşaviri Cared Kuşner və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper müşayiət edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ