ABŞ daha bir ölkəyə hərbi qüvvə yeritdi


ABŞ Nigeriyaya hərbi kontingent göndərib.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Əməliyyatın məqsədi İŞİD-ə qarşı mübarizə aparmaq və yerli hakimiyyətə xristianları radikal qrupların hücumlarından qorumaqda yardım etməkdir”, – deyə qeyd edilib.

Qeyd edək ki, 2025-ci ilin dekabrından etibarən Nigeriya və ABŞ hərbi qüvvələri Nigeriyanın Sokoto, Zamfara, Niger və Katsina ştatlarında ekstremist hədəflərə bir neçə birgə zərbə endirərək hazırlanan terror aktlarını önləyiblər. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ