İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Qüdsdə görüş başlayıb.
Turkustan.az xəbər verir ki, baş nazirin ofisinin “The Times of Israel” nəşrinə verdiyi məlumata görə, Netanyahunu İsrailin təhlükəsizlik xidmətlərinin rəhbərləri müşayət edir.

Müzakirələr Uitkoffun bir neçə gün sonra İstanbulda İranın xarici işlər naziri ilə keçirəcəyi görüşdən əvvəl baş tutur. Tehran ümid edir ki, bu danışıqlar ABŞ-nin ölkəyə mümkün zərbəsinin qarşısını ala bilər. Netanyahunun isə danışıqlarda Ağ Evin daha sərt mövqe tutmasına çağırış edəcəyi gözlənilir. /musavat.com/