Makron: Putinlə danışıqları bərpa etməyə hazırlaşırıq


Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsinə son qoymaq və birbaşa danışıqlar üçün Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyə hazır olduqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Makron bu barədə Haute-Saone əyalətində mətbuatın suallarını cavablandırarkən danışıb. Prezident bildirib ki, Rusiyanın Ukraynaya qarşı son hücumları “qəbuledilməzdir” və Moskvanın hələ sülhə “hazır olmadığını” göstərir. Buna görə də, yaxın günlərdə və ya həftələrdə Ukraynada sülhün əldə olunacağına inam azdır.

Makron vurğulayıb ki, ABŞ Kiyev və Moskva arasında vasitəçilik səylərini davam etdirir, lakin Avropanın da Rusiyayla öz kommunikasiya kanallarını qurması vacibdir. Bu kontekstdə o, Rusiya ilə dialoqu yenidən bərpa etməyə hazır olduqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ