İlon Maskdan Pedro Sançesə ağır ittihamlar: “Totalitar faşist”


Amerikalı iş adamı, X və SpaceX şirkətlərinin sahibi Elon Musk 16 yaşdan kiçiklərin sosial mediaya çıxışını qadağan etməyi və platforma administratorları üzərində qanuni nəzarəti gücləndirməyi planlaşdıran İspaniyanın Baş naziri Pedro Sançesi sərt şəkildə tənqid edib.

Turkustan.az xəbər verir ki, Mask Sançesi “qəddar” və “totalitar faşist” adlandırıb.

Elon Musk ABŞ-da yerləşən X sosial media platformasındakı hesabında Pedro Sançesin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Zirvəsindəki çıxışını əks etdirən video paylaşıb. Sözügedən çıxışda Sançes 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılacağını açıqlayıb.

Musk paylaşımında Sançesi “əsl faşist totalitar” adlandıraraq, “Çirkli Sançes İspaniya xalqına xəyanət edən tiran və xainidir” ifadələrindən istifadə edib.

Pedro Sançes Dubaydakı çıxışında sosial media platformaları üzərində nəzarətin artırılacağını, uşaqların bu platformalara çıxışının qarşısını almaq üçün tədbirlərin görüləcəyini bildirib. O, eyni zamanda rəqəmsal platformalarda baş verən pozuntulara görə administratorların məsuliyyətə cəlb edilməsi üçün yeni addımlar atılacağını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ