Zelenski: Ruslar bir daha atəşkəsi pozdular


Ukrayna prezidenti Zelenski Rusiyanın ölkəsinin enerji infrastrukturuna hava hücumları ilə bir həftəlik "enerji atəşkəsini" pozduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Kiyevdə səfərdə olan NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransı zamanı Zelenski Rusiya-Ukrayna münaqişəsindəki son inkişafları qiymətləndirib.
Zelenski Rusiya ordusunun bu gecə Ukraynaya intensiv hava hücumları etdiyini xatırladıb və ölkənin enerji infrastrukturunun hədəfə alındığını bildirib.

Zelenski Rusiyanın ABŞ prezidenti Donald Trampın təklifi ilə Ukraynanın enerji infrastrukturuna hücumları bir həftəlik dayandırmaq qərarına gəldiyini bildirib və əlavə edib ki, "Ruslar bu müharibədə Amerika tərəfinin səylərini bir daha görməzdən gəliblər".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ