VSJ: ABŞ bu ölkədə rejim dəyişikliyini hədəfləyir


ABŞ-ın ilin sonuna qədər Kubada hökumət dəyişikliyini hədəflədiyi və bu səylərin bir hissəsi olaraq hökumət daxilindəki müəyyən şəxslərlə əlaqə qurmağa çalışdığı iddia edilir.

Turkustan.az xəbər verir ki, anonimlik şərti ilə "Wall Street Journal"a danışan ABŞ rəsmiləri iddia ediblər ki, Donald Tramp administrasiyası 2026-cı ilin sonuna qədər Kubada hökumət dəyişikliyinə yol açacaq razılaşma əldə etmək üçün hökumət daxilindəki şəxslərlə əlaqə saxlamağa çalışır.

Rəsmilər bildiriblər ki, Tramp administrasiyası Kuba iqtisadiyyatını "çökmək üzrədir" və Venesuela prezidenti Nikolas Maduronun dəstəyinin bitməsi ilə Havananın kövrək hala gəldiyi qənaətindədir.

Rəsmilər Kuba hökumətinə son qoymaq üçün hələlik konkret bir plan olmadığını bildirsələr də, Maduronun həbsindən sonrakı hadisələrin Kuba üçün həm nümunə, həm də xəbərdarlıq olduğunu əlavə ediblər.

Rəsmilər həmçinin iddia edirlər ki, Tramp administrasiyası Mayami və Vaşinqtonda kubalı mühacirlər və vətəndaş qrupları ilə görüşlərdə Kuba hökuməti daxilində güzəştə gedə biləcək şəxsləri müəyyən etməyə çalışıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ