Almaniya kansleri Merz: Biz ABŞ ilə ticarət mübahisəsi istəmirik!


Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya görə əlavə tariflər tətbiq etmək qərarına avropalıların reaksiya verə biləcəyini bildiyini bildirib və əlavə edib: "Biz ABŞ ilə ticarət müharibəsi istəmirik".

Turkustan.az xəbər verir ki, Merz özünün Xristian Demokrat Birlik partiyasının qərargahında keçirilən mətbuat konfransında Trampın səkkiz Avropa ölkəsinə əlavə tariflər tətbiq etmək qərarı ilə bağlı fikirlərini bölüşüb.

Merz tariflər təhlükəsi ortaya çıxdığı vaxtdan bəri təsirlənən ölkələrlə çox sıx dialoqda olduğunu və bu mübahisədə gərginliyin artmasının mümkün qədər qarşısını almaq zərurəti barədə razılığa gəldiklərini bildirdi.
Bu həftə Davosda mövzu ilə bağlı danışıqlar aparacağını deyən Merz, 21 yanvar çərşənbə günü Trampla yenidən görüşməyə çalışacağını bildirib.

Merz bu problemi birlikdə həll etmək istədiklərini vurğulayaraq bildirib: "Amerika hökuməti bilir ki, biz də reaksiya verə bilərik. Mən bunu istəmirəm, amma lazım gəldikdə, əlbəttə ki, Avropa və Almaniya milli maraqlarımızı qoruyacağıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ