ABŞ prezidenti Donald Tramp Danimarkanın ərazisi olan Qrenlandiyanı ələ keçirməyə çalışarkən nə qədər irəli gedəcəyi ilə bağlı suala cavab verməkdən yayındı.
Turkustan.az xəbər verir ki, Tramp NBC-yə verdiyi müsahibədə ABŞ-ı Avropa Birliyi və NATO ölkələri ilə qarşıdurmaya salan Qrenlandiyanı ilhaq etmək cəhdinə münasibət bildirib.
Telefon müsahibəsində ABŞ prezidenti Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiq edib-etməyəcəyi ilə bağlı suala "Şərh yoxdur" cavabını verdi.
Tramp, Norveçin Nobel Sülh Mükafatı müsabiqəsinə heç bir təsirinin olmadığı və qərarın tamamilə komitənin səlahiyyətində olduğu fikrini şübhə altına alaraq, "Onların dediklərinin əksinə olaraq, Norveç onu tamamilə idarə edir" dedi.
Tramp əlavə edib ki, "Onlar bununla heç bir əlaqəsi olmadığını deməyi sevirlər, amma əslində hər şeydə iştirak edirlər".
Aytən Yaşar/ Turkustan.az