İranda etirazçılara qarşı dəhşətli silahdan istifadə edilib? – ŞOK VİDEO


İranda etirazların yatırılması zamanı kimyəvi maddələrdən istifadə olunması haqda iddialar yayılıb.

Turkustan.az xəbər verir ki, məlumatlara görə, bu fakt Xorasan vilayətinin Səbzvar şəhərində qeydə alınıb.

Bildirilir ki, etirazların dağıdılması zamanı təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi maddələr gözyaşardıcı qazdan fərqlənib.

Zərərçəkənlərdən biri deyib ki, qazın təsirinə məruz qaldıqdan bir həftə keçməsinə baxmayaraq, onda hələ də yüksək qan təzyiqi, ürək döyüntülərinin artması, başgicəllənmə və mədə ağrıları davam edir.

Həkimlərin sözlərinə görə, tibb müəssisələrinə oxşar simptomlarla çoxsaylı müraciətlər qeydə alınıb. Tibbi heyət istifadə edilən maddənin standart gözyaşardıcı qaz olmadığı qənaətindədir.

Qeyd edək ki, bu barədə Britaniyanın sabiq deputatı Bill Rammell də etibarlı hesabata istinadən məlumat yayıb.

O vurğulayıb ki, nümayişlər zamanı saxlanılanlarla qəddar rəftarı əks etdirən reportaj-faktlar var:

“Ehtimal olunur ki, etirazçılara qarşı hansısa toksik kimyəvi maddə tətbiq edilib və buna görə də bəzi zərərçəkənlər bir neçə gündən sonra vəfat ediblə”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ