NATO-nun baş katibi Rutte ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında Trampla telefon danışığı apardığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rutte bildirib ki, onlar Trampla Qrenlandiya və Arktikadakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər və bu məsələ üzərində işləməyə davam edəcəkləri mesajını çatdırıblar.
Rutte həmçinin bildirib ki, 19-23 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək görüşdə ABŞ prezidenti ilə görüşməyi "səbirsizliklə gözləyir".
Tramp ölkəsinin "milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiyaya ehtiyacı olduğunu" və bunun "Qızıl Günbəzin tikintisi üçün həyati əhəmiyyət kəsb etdiyini" bildirmişdi.
Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiya xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra fundamental fikir ayrılıqlarının davam etdiyi və ABŞ-ın "Qrenlandiyanı ələ keçirmək istəyinin aydın olduğu" bildirildi.
Aytən Yaşar/ Turkustan.az