ABŞ-ın Qrenlandiyaya hücumu Rusiya lideri Vladimir Putini yer üzündəki ən xoşbəxt insan edəcək.
Turkustan.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes deyib.
Sançesin fikrincə, ABŞ-ın adaya qarşı hər hansı hərbi əməliyyatı NATO-ya ziyan vuracaq və Rusiyanın Ukraynaya müdaxiləsini qanuniləşdirəcək:
"Qrenlandiyaya diqqət yetirsək, deməliyəm ki, ABŞ-ın bu əraziyə mümkün təcavüzü Vladimir Putini dünyanın ən xoşbəxt adamı edəcək. Çünki bu, onun Ukraynanı işğal etmək cəhdini qanuniləşdirərdi. ABŞ güc tətbiq etsə, bu, NATO üçün ölüm hökmü olacaq. Putin ikiqat məmnun qalacaq ".