Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi beynəlxalq əlaqələrini genişləndirir


Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və birliyin bir neçə əməkdaşı Türkiyənin İzmir şəhərində işgüzar səfərdədir.

Turkustan.az xəbər verir ki, A.Bağırova İzmir şəhərində Karadeniz Konfederasiyasının İdarə Heyətinin sədri Hızır Murtezaoğlu ilə görüşüb.

Görüş zamanı qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Bunun nəticəsi olaraq tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Görüşlə bağlı təəssüratlarını bölüşən A.Bağırova qeyd edib ki, imzalanmış memorandum gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, maarifləndirici tədbirlərin təşkili və regional inkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına, eləcə də ölkələrimiz arasında vətəndaş cəmiyyəti əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanırıq", - deyə Arzu Bağırova əlavə edib.


MANŞET XƏBƏRLƏRİ