Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında İrandakı hadisələrlə bağlı şərh verib.
Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Lavrov bildirib ki, Moskva ikitərəfli razılaşmaların həyata keçirilməsi üçün İranla işləməyə davam etməlidir və heç bir başqa ölkə Rusiya ilə İran arasındakı münasibətlərin mahiyyətini dəyişə bilməz.
Digər tərəfdən, Reuters agentliyinə danışan yüksək vəzifəli İran rəsmisi bildirib ki, İran qonşu ölkələri Vaşinqtonun İrandakı etirazlara müdaxilə etmək təhdidlərini həyata keçirəcəyi təqdirdə Amerika bazalarına qarşı qisas alacağı barədə xəbərdar edib.
Lavrov həmçinin Rusiyanın Ukrayna ilə bağlı sülh danışıqlarına açıq olduğunu, lakin tam sülh razılaşmasından əvvəl atəşkəs danışıqlarının ciddi olmadığını bildirib.
Aytən Yaşar/ Turkustan.az