ABŞ Dövlət Departamenti İran polisinin etirazçılara zorakılığını ifşa edib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin farsdilli X hesabı İran polisi tərəfindən silahsız etirazçılara atəş açıldığını əks etdirən görüntüləri paylaşıb.
“Bir rejimin silahsız insanlarla qarşılaşmaq üçün silaha ehtiyacı olduqda, bu güc deyil, qorxu və qorxaqlıqdır”, - paylaşımda bildirilib.
Departament əlavə edib ki, əsl güc və əzmkarlıq silahsız etirazçılardadır və onların dinc etirazları zorakılığa qarşı dayanır./axar.az