Aİ Rusiya ilə danışıqlar aparan şəxs təyin etməyi düşünür - Politico


Avropa hökumətləri ABŞ-ın Avropanın iştirakı olmadan Rusiya ilə razılığa gələ biləcəyindən ehtiyat edərək, Ukrayna məsələsində maraqlarını təmsil edəcək ayrıca bir danışıqçı təyin etməsi üçün Aİ-yə təzyiq göstərirlər.

Turkustan.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Danışıqlardan birbaşa xəbərdar olan və anonimlik şərti ilə danışan üç diplomat və rəsmi bildirib ki, Fransa və İtaliya da daxil olmaqla, ideyanın tərəfdarları Avropa Komissiyasından və bir sıra digər ölkələrdən dəstək alıblar.

Onların fikrincə, Avropa, xüsusən də Ukraynanın NATO-ya potensial üzvlüyü ilə bağlı "qırmızı xətlərini" yalnız Aİ-nin danışıqlar masasında yer alacağı təqdirdə müdafiə edə biləcək.

Belə görünməmiş bir addım, ABŞ prezidenti Donald Trampın başlatdığı danışıqlarda Avropanın iştirakına yanaşmasında əhəmiyyətli bir dəyişiklik demək olardı.

Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corciya Maloni son həftələrdə Rusiya lideri Vladimir Putin və onun yaxın ətrafı ilə əlaqə qurmaq üçün diplomatik kanalların açılmasına çağırış etmək üçün bir araya gəliblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ