Braziliyalı ulduz futbolçu Neymar Jr. sosial media hesabında paylaşdığı fotolarla pərəstişkarlarını növbəti dəfə təəccübləndirib.
Turkustan.az xəbər verir ki, "Santos"la müqaviləsini 2026-cı ilin sonuna qədər uzadan 33 yaşlı Neymar öz ölkəsindəki şəxsi trasda lüks avtomobillərini nümayiş etdirib.
Paylaşılan fotolarda təxminən 45 milyon avro dəyərində qara Dassault Falcon 900LX şəxsi təyyarəsi, təxminən 9 milyon avro dəyərində olduğu bildirilən Airbus H145 helikopteri və 2 milyon avro dəyərində Batman mövzulu Batmobile replikası yer alıb. Bütün nəqliyyat vasitələri Neymarın Batman ehtirasını əks etdirən qara çalarlara boyanmış və xüsusi NJR (Neymar Junior) detalları ilə fərdiləşdirilmişdir.
Neymar "Xəyallar gerçəkləşə bilər" başlığı ilə "Betmobile"ın üstündə poza verdiyi şəkli paylaşıb. Məşhur futbolçunun "Betmen donanması" adlandırılan kolleksiyası sosial mediada ümumi dəyəri 60 milyon avronu keçərək böyük sensasiyaya səbəb olub.

Aytən Yaşar/ Turkustan.az