İran ÇALXALANIR: Etirazçılar 2 şəhəri nəzarətə götürdü: Tehranda küçələrə Trampın adı verildi - VİDEO


İranda etirazçılar Abdanan və Məlikşahi şəhərlərini nəzarətə götürüblər.

Turkustan.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Nümayişçilər ardıcıl onuncu gündür ki, ölkə daxilində kütləvi etiraz aksiyalarını davam etdirir və birbaşa Donald Trampa yardım üçün müraciət ediblər.

Tehranda isə etirazçılar Trampın şərəfinə bir küçənin adını dəyişiblər.

İran mediası bildirir ki, etirazlar zamanı 2000-dən çox insan həbs olunub, həmçinin iki təhlükəsizlik əməkdaşı da daxil olmaqla 36 nəfərin öldüyü ehtimal olunur.

Etirazlar 27 əyalətdə, ən azı 92 şəhərə yayılıb və ümumilikdə təxminən 285 etiraz yeri qeydə alınıb. Hüquq-mühafizə orqanları tərəfindən zorakılığın artdığı bildirilir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ