Tramp: Bizim apardığımız əməliyyatı başqa heç kim edə bilməzdi


ABŞ Prezidenti Tramp Venesuelaya hərbi müdaxilə ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ-ın hərbi imkanlarına toxunaraq dedi: "Amerika Birləşmiş Ştatları bir daha dünyanın ən inkişaf etmiş və güclü ordusuna sahib olduğunu göstərdi. Heç kim bizi məğlub edə bilməz, hətta yaxınlaşa da bilməz".

ABŞ prezidenti həmçinin bildirib ki, "Venesuelada apardığımız əməliyyatı başqa heç kim həyata keçirə bilməzdi və heç kimdə bizim silahlarımız yoxdur. Silahlarımız çox güclüdür və müttəfiqlərimiz təyyarələrimizi və silahlarımızı istəyirlər".

ABŞ prezidenti silah istehsalında kifayət qədər templə fəaliyyət göstərmədiklərini və şirkətlərə qarşı daha sərt davranacaqlarını bildirdi.

Donald Tramp Venesuelaya müdaxilə zamanı demək olar ki, bütün ölkəni təsir edən elektrik kəsintisinə toxunaraq dedi: "Onlar elə o vaxt problem olduğunu anladılar. Yalnız şamları olanların işığı var idi".

ABŞ prezidenti Nikolas Maduro ilə bağlı açıqlamasında "O, zorakı bir insandır. Səhnədə mənim rəqsimi təqlid etməyə çalışdı. O, milyonlarla insanı öldürüb" deyib.

Tramp həmçinin yeni ticarət siyasətlərinə diqqət çəkərək, onların tariflər vasitəsilə varlandığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ