İsrail XİN rəhbəri Gideon Saar Somaliland səfərinə başladı


İsrailin xarici işlər naziri Gideon Saarın ötən ay Təl-Əvivin tanıdığı Somaliland bölgəsinə səfər etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, yerli media Saarın Təl-Əvivin tanınma qərarından sonra Somalilandda olduğunu bildirib.

Saarın Somalidən birtərəfli şəkildə müstəqilliyini elan edən Somaliland prezidenti Əbdirəhman Məhəmməd Əbdillahi ilə görüşəcəyi gözlənilir.

Qeyd olunub ki, görüşdən sonra Əbdillahi və Saarın birgə mətbuat konfransı keçirməsi gözlənilir.

Saar Təl-Əvivin Somaliland ərazisini tanımasından sonra bu ölkəyə səfər edən ilk İsrail rəsmisi oldu.

İsrail Xarici İşlər Nazirliyi hələlik Saarın Somaliland səfəri ilə bağlı şərh verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ