Rusiya tərəfindən Belarusa təhvil verilən "Oreşnik" raket sistemi artıq döyüş növbətçiliyinə başlayıb.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.
Onun sözlərinə görə, ölkəyə verilən “Oreşnik” raket sistemi artıq döyüş növbəsinə başlayıb və 5 min kilometrədək məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
“Reuters” agentliyinin məlumatına görə, Rusiya “Oreşnik”i Belarusiyanın şərqində yerləşən keçmiş hərbi hava bazasında yerləşdirəcək.
Kaliforniyadakı Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu və CNA analitik təşkilatının tədqiqatçıları bildiriblər ki, onlar 90% əminliklə hesab edirlər ki, “Oresnik”in start qurğuları Kriçev yaxınlığındakı keçmiş hava bazasında yerləşdiriləcək, bu, paytaxt Minskdən təxminən 307 km şərqdə və Moskva şəhərindən 478 km cənub-qərbdədir.
Tədqiqatçıların qiymətləndirməsi ABŞ xüsusi xidmət orqanlarının nəticələri ilə ümumilikdə üst-üstə düşür.