İsrailin Baş naziri Benyamin Netanyahu "Suriya ilə dinc sərhədin olması bizim maraqlarımıza uyğundur" deyə bildirib və əlavə edib ki, "Biz həmçinin druz dostlarımızı təhlükəsizliyini təmin etmək istəyirik".
Turkustan.az xəbər verir ki, Netanyahu Floridada ABŞ prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.
Ağ Evdə xidmət etmiş bütün prezidentlər arasında İsrailin Trampdan daha yaxşı dostu olmadığını bildirən Netanyahu, bəzən fərqli fikirlərə sahib olsalar da, bu görüşün "çox məhsuldar" keçdiyini söylədi.
Netanyahu əvvəllər heç vaxt "İsrail Mükafatı"nı qeyri-vətəndaşına vermədiklərini və bu il mükafatı Trampa verdiyi töhfələrə görə verərək ənənəni pozacaqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az