Suriya 2024-cü ilin dekabrında devrilmiş Prezident Bəşər Əsədin ailəsinin şəkillərini əskinaslardan silib.
Turkustan.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
“Bunun əvəzinə, əskinaslarda ölkənin kənd təsərrüfatının simvolları olan zeytun, qızılgül, portağal və buğda təsvir olunub. Yeni valyutanın təqdimatında Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqədr Xusri qeyd edib ki, yeni əskinaslar yanvarın 1-də dövriyyəyə buraxılacaq”, – deyə bildirilib.
Suriya Prezidenti Əhməd əl-Şara qeyd edib ki, bu, köhnə bir dövrün sonu və Suriyanın inkişafının yeni bir dövrünün başlanğıcıdır. /globalinfo.az/
