ABŞ Prezidenti Donald Tramp WABC-yə verdiyi müsahibədə bildirib ki, ötən həftə ABŞ-ın narkotik kartellərinə qarşı kampaniyasının bir hissəsi olaraq Venesuelada "böyük bir obyekti" dağıdıb.
Turkustan.az xəbər verir ki, Tramp dekabrın 26-da dərc olunmuş müsahibəsində qeyd edib:
"Biz indicə – oxuduğunuz və ya gördüyünüzü bilmirəm – onların böyük bir zavodu və ya gəmilərin mal göndərdiyi böyük bir obyekti çıxardıq. Buna görə də onlara olduqca sərt zərbə vurduq."
Prezident Venesueladakı obyektin konkret nə olduğunu açıqlamayıb.
NBC News qeyd edir ki, Trampın bəhs etdiyi hücum rəsmi olaraq təsdiqlənərsə, bu, ABŞ-ın Venesuelada narkotik əleyhinə kampaniyası çərçivəsində ilk məlum yerüstü hücum olacaq.
Aytən Yaşar/ Turkustan.az