“Ermənistan təhlükəsizlik baxımından uğursuz bir dövlətə çevirib”.
Turkustan.az xəbər verir ki, bu fikirləri ehtiyatda olan polkovnik Volodya Ovannisyan deyib.
Onun sözlərinə görə, dünya ölkələrinin ordularının döyüş effektivliyi və müdafiə qabiliyyəti hər il qiymətləndirilir:
“Ermənistan ordusu 2018-ci ilə qədər 145 ölkə arasında 45-ci yerdə olduğu halda, 2024-cü ildə 102-ci, 2025-ci ildə isə 107-ci yerə düşüb. Bu isə ordunun döyüş qabiliyyətini itirdiyini və dövlətin, əhalinin təhlükəsizliyini təmin edə bilmədiyini göstərir. Əvvəllər 75–85 min nəfərlik Ermənistan ordusu hazırda 36 min nəfərdən ibarətdir. Bunun əksinə olaraq, ölkədə polis əməkdaşlarının sayı əsgərlərin sayından təxminən 300 nəfər çoxdur”.
V.Ovannisyan bildirib ki, təhlükəsizliyin əsas komponentlərindən biri silahlanma səviyyəsidir:
“Ermənistanın silahlanma səviyyəsi isə olduqca zəifdir. Belə ki, 2020–2024-cü illər ərzində Ermənistan dörd ölkədən ümumilikdə 1 milyard 250 milyon dollar dəyərində silah-sursat alıb. Bu, Stokholm Analitik Mərkəzinin məlumatlarında da əksini tapıb. Lakin alınan silahlar strateji deyil, müdafiə və sağ qalma məqsədi daşıyır.
Azərbaycan ordusunun şəxsi heyətinin sayının 125 min nəfərə çatdırıldığı halda, Ermənistan ordusu 36 min nəfərə endirilib. Azərbaycan müasir hava hücumundan müdafiə sistemləri və zərbə silahları əldə etdiyi bir vaxtda Ermənistan döyüşə hazır vəziyyətdə deyil”./Globalinfo.az