Başa çatamqda olan 2025-ci il dünya milyarderləri üçün həqiqətən rekord ili oldu.
Turkustan.az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə nüfuzlu “Forbes” jurnalı yazıb.
Son bir ildə dünya zənginləri sırasına ABŞ, Çin, Hindistan, Rusiya və hətta Sent-Kits, Nevis və Albaniya kimi ölkələrdən 340-dan çox yeni milyarder daxil olub.
Hazırda dünyada milyarderlərin sayı 3148 nəfərdir ki, bu da 5 il əvvəlkindən təxminən 50% çoxdur. Bu elitanın ümumi sərvəti 18,7 trilyon dollara çatıb (2020-ci ildən bəri 10 trilyon dollar artım), orta sərvət hər milyarder üçün 5,9 milyard dollar təşkil edir.
“Forbes” jurnalına görə, dünyada sərvət gücə çevrilib.
135 milyarder 2024-cü ildə ABŞ-ın prezident seçkilərinə sərmayə yatırıb, prezident Donald Trampın andiçmə mərasiminə və Ağ Evin bal salonunun tikintisinə milyonlarla pul xərcləyib.
Bəzi milyarderlər isə yüksək vəzifələrə seçiliblər. Məsələn, ABŞ-da Jared İsaakman NASA-nın rəhbəri, aqrobiznes sahibkarı Andrey Babiş isə Çexiyanın Baş naziri olub.
“Forbes” yazır ki, dünya açıq şəkildə milyarderlər dövrünə qədəm qoyur.
Hazırda dünya milyarderlərinin siyahısına İlon Mask liderlik edir: ilin əvvəlində o, 421 milyard dollara sahib idisə, dekabr ayında var-dövləti 700 milyard dollara çatıb. İlon Maskın “Tesla” və “SpaceX” şirkətlərinin böyüməsi bir ildə onun sərvətinə 333 milyard dollar əlavə edib ki, bu da planetin ikinci ən varlı insanı Larri Peycin sərvətindən daha çoxdur.
Bu il bir günlük qazanc rekordu Larri Ellisona məxsusdur: 10 sentyabrda “Oracle” şirkətinin səhmləri 36% bahalaşıb və nəticədə onun sərvətini bir gündə təxminən 100 milyard dollar artıb - bu, tarixdə ən böyük bir günlük sərvət artımıdır.
2025-ci ilin yeni milyarderləri siyahısınsa LLM proqramçıları, DeepSeek, Anthropic və CoreWeave startaplarının təsisçiləri, eləcə də məlumat mərkəzi, qrafik prosessor, bulud xidmətləri və süni intellekt alətləri bazarlarını təmin edən sahibkarlar var.
Sərvət sahibi olmaq yalnız süni intellekt yaratmaqla məhdudlaşmır. Circle kriptovalyuta şirkəti, Figma dizayn platforması, bədən zirehləri, peyklər və hətta süni intellekt oyunları istehsalçıları da yeni milyarderlər olublar.
Ümumilikdə, son 12 ay ərzində dünya 876 milyard dollarlıq yeni milyarder sərvəti qazanıb. Amerikalılar bu yeni simaların təxminən 40%-ni təşkil etsə də, Çin, Hindistan, Rusiya və hətta Albaniya “Samir Mane) daxil olmaqla 32 ölkədə yeni milyarderlər ortaya çıxıb.
Bundan əlavə, yeni milyarderlərin üçdə ikisi sərvətlərini müstəqil şəkildə qazanıblar. Yeni milyarderlərdən 11 nəfər 30 yaşdan kiçikdir - bu, dünya rekordudur. Qalanları siyahıya miras yolu ilə daxil olublar, o cümlədən Jim Irsay, Giorgio Armani və Medline ailəsinin üzvləri.