Azərbaycanda bəzi siqaretlər bahalaşacaq – Tarix açıqlandı


2026-cı ilin yanvarından Azərbaycanda bütün siqaretlərin qiymətində artım gözlənilir. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, aksiz dərəcəsi 1000 ədəd üçün 45.5 manatdan 55 manata yüksəldilib. Məlumata görə, növbəti ildə bir qutu siqaretin qiyməti növündən asılı olmayaraq 20 qəpik artacaq.

Bu artımın səbəbi nədir? Belə bir dəyişiklik ölkədə siqaret satışına necə təsir göstərəcək?

Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, bu dəyişiklik bəzi siqaret məmulatlarının qiymətinin artmasına səbəb olacaq:

“Nazirlər Kabinetinin qərarına əsasən aksiz markalarının qiymətinə hər altı aydan bir yenidən baxılır və hazırda bunun nəticəsi olaraq qiymət artımı müşahidə olunur. Bu artım tütün və siqaret məhsullarının, o cümlədən ixrac olunan məhsulların qiymətlərinə də təsir göstərəcək. Eyni zamanda, hesab edirəm ki, bu dəyişiklik siqaret istehlakının azalmasına müsbət təsir göstərəcək. Yəni qiymət artımının əsas səbəbi dövlətin aksiz siyasəti çərçivəsində büdcə gəlirlərini artırmaq və tütün məmulatlarının istehlakını azaltmaq məqsədidir”.

Azərbaycanda bəzi siqaretlər bahalaşacaq – Tarix açıqlandı
Eyyub Kərimli

İqtisadçı qeyd edib ki, qiymət artımı qısamüddətli dövrdə siqaret satışında müəyyən azalmaya səbəb ola bilər:

“Lakin asılılıq faktoruna görə kəskin eniş gözlənilmir. Uzunmüddətli perspektivdə isə bu addım həm qeyri-sağlam istehlakın tədricən azalmasına, həm də vergi daxilolmalarının artmasına xidmət edir”.


MANŞET XƏBƏRLƏRİ