Zelenski Vitkoff və Kuşnerlə sülh danışıqlarını müzakirə etdi


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və kürəkəni Cared Kuşnerlə telefonla danışdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media paylaşımında Trampın Ukrayna sülh danışıqlarını aparmaq vəzifəsi daşıyan xüsusi elçisi Vitkoff və kürəkəni Kuşnerlə telefonda danışdığını və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün davam edən səyləri müzakirə etdiklərini bildirib.
Zelenski görüşün məhsuldar olduğunu bildirərək aşağıdakı sözləri işlədib:

"Biz Ukraynaya qarşı bu qəddar Rusiya müharibəsinə son qoymaq, bütün sənədləri və addımları real, effektiv və etibarlı etmək üçün həqiqətən çalışırıq. İşin bəzi fundamental detallarını müzakirə etdik. Ortaq nəticə və davamlı sülh üçün faydalı ola biləcək fikirlər var."

Zelenski sülh danışıqları ilə məşğul olmağa məsul olduğu Ukrayna nümayəndə heyətinin də bu telefon danışığında iştirak etdiyini vurğuladı və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun da Vitkoff və Kuşnerlə görüşəcəyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ