Putin 2008-ci ildə Corc Buşa demişdi: Ukrayna parçalanacaq!


Rusiya Prezidenti Vladimir Putin həm 2001, həm də 2008-ci illərdə o vaxtkı ABŞ Prezidenti Corc Buşa Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxdığını açıq şəkildə bildirmişdi.

Turkustan.az xəbər verir ki, milli Təhlükəsizlik Arxivinin (NSA) mətbuat mərkəzindən alınan məlumata əsaslanan xəbəri Rbc-Ukraine yayıb.

Kreml lideri Buşa xüsusi olaraq Kiyevin NATO-ya daxil olmasının Rusiya ilə ABŞ arasında uzunmüddətli münaqişə üçün zəmin yaradacağını bildirmişdi. O dövrdə Putin Ukraynanın qonşu ölkələrin ərazilərindən ibarət süni şəkildə yaradılmış, mürəkkəb bir dövlət olduğunu iddia edirdi. O, Ukrayna əhalisinin təxminən üçdə birinin rus olduğunu və bölgə sakinlərinin əhəmiyyətli bir hissəsinin NATO-nu düşmən bir qurum kimi qəbul etdiyini iddia edirdi.

Putin üzvlüyün Rusiya üçün ciddi problemlər yaradacağını, sərhədlərinin yaxınlığında hərbi bazaların və yeni silah sistemlərinin yerləşdirilməsi ilə təhlükə yaradacağını və bununla da qeyri-müəyyənlik və təhlükə yaradacağını bildirmişdi. O, həmçinin əlavə etmişdi ki, Moskva Alyansın genişlənməsinin qarşısını almaq üçün Ukraynadakı NATO əleyhinə qüvvələrə güvənəcək və bu genişlənməyə maneələr yaratmağa davam edəcək.

2008-ci ilə qədər Putin Vaşinqtonla Moskva arasında münaqişəni və Ukrayna dövlətinin mümkün "parçalanmasını" qabaqcadan görmüşdü; o, yenidən Corc Buşa Ukraynadakı daxili parçalanmaların dövlətin parçalanmasına səbəb ola biləcəyini çatdırdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ