İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, onlar növbəti 10 il ərzində müstəqil müdafiə sənayesi yaratmaq üçün əlavə 350 milyard İsrail şekeli (təxminən 110 milyard dollar) ayırıblar.
Turkustan.az xəbər verir ki, İsrailin daxili kəşfiyyat xidməti Şin Bet (Şəbak)-ın qərargahında yüksək rütbəli təhlükəsizlik və xarici işlər rəsmiləri ilə görüşən Netanyahu, İsraili mümkün qədər güclü, inkişaf etmiş və müstəqil bir ölkəyə çevirmək istədiklərini bildirdi.
Netanyahu, tam müstəqilliyə nail olmağın çətinliyini vurğulayaraq, "Silahlarımızın, o cümlədən bəzi hava platformalarımızın İsraildə istehsal olunmasına çalışacağıq" dedi.
Netanyahu İsrailin müttəfiqlərindən asılılığını azaltmaq istədiklərini və bu məqsədlə növbəti 10 il ərzində təxminən 110 milyard dollar əlavə investisiya yatıracaqlarını bildirib.
Netanyahu müdafiə sənayesində müstəqilliyə nail olmağın onlara ittifaqlar qurmağa və təzyiqlərə müqavimət göstərməyə kömək edəcəyini iddia etdi.
Məlumdur ki, ABŞ İsrailin müdafiə sənayesində ən vacib müttəfiqi və təchizatçısıdır.
İsrail Müdafiə Nazirliyi 19 noyabrda açıqladı ki, 2023-cü ilin oktyabr ayından bəri ölkəyə ümumilikdə 1000 təyyarə və təxminən 150 dəniz gəmisi, eləcə də 120.000 tondan çox hərbi texnika, sursat, silah sistemləri və qoruyucu vasitələr çatdırılıb.
Hərbi texnikanın İsrailə daşındığı ölkələr göstərilməsə də, İsrail Müdafiə Nazirliyinin ABŞ və Berlin Missiyalarının daşınma əməliyyatlarında iştirak etdiyi qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az