İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, onlar "bütün Qəzza zolağından çəkilməyəcəklər və uyğun bir vaxtda Şimali Qəzzaya yerləşəcəklər".
Turkustan.az xəbər verir ki, erli medianın məlumatına görə, Katz işğal olunmuş Qərb Şəriyəsində ələ keçirilən Fələstin torpaqlarında 1200 yeni evin tikintisi münasibətilə keçirilən şənlikdə iştirak edib.
Katz çıxışında atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Qəzzadan tamamilə geri çəkilməyəcəyini bildirib.
Atəşkəsdən sonra İsrail administrasiyasının əvvəlki açıqlamalarının əksinə olaraq, Katz Qəzzanın bəzi hissələrinin işğalını davam etdirəcəklərini bildirərək bunları əlavə etdi:
"Vaxt gələndə, Şimali Qəzzada boşaldılmış (qanunsuz yəhudi) yaşayış məntəqələrinin yerinə postlar quracağıq. Bunu düzgün vaxtda və uyğun şəkildə edəcəyik."
Aytən Yaşar/ Turkustan.az