Avropanın nəhəng aviaşirkəti rekord həddə cərimələndi


İtaliya Rəqabət Təşkilatı (Antiinhisar-AGCM) İrlandiyada yerləşən aşağı büdcəli Ryanair aviaşirkətini İtaliya və Avropa sərnişin hava nəqliyyatı bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə 255,7 milyon avro cərimələyib.

Turkustan.az xəbər verir ki, Antiinhisar Agentliyinin yazılı açıqlamasında bildirilir ki, Ryanair DAC və onun ana şirkəti Ryanair Holdings plc 2023-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər olan dövrdə Avropa sərnişin daşımaları bazarındakı dominant mövqelərindən sui-istifadə ediblər.

Bəyanatda deyilir ki, ətraflı araşdırma Ryanair-in "ryanair.com" vasitəsilə uçuşlar alan onlayn və ənənəvi səyahət agentlərinə təsir edən mürəkkəb bir strategiya tətbiq etdiyini ortaya qoyub. Şirkət bu təcrübələrin birbaşa agentlərin əməliyyatlarını hədəf aldığını vurğulayıb.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ