Tramp: Milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var


ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın "milli təhlükəsizlik" səbəbləri ilə onlara lazım olduğunu vurğuladı və bu səbəbdən region üçün xüsusi elçi təyin etdi.

Turkustan.az xəbər verir ki, milad tətili üçün Floridadakı Mar-a-Lago malikanəsində olan Tramp yeni hərbi gəmilərin inşasını elan etdikdən sonra jurnalistlərə müraciət edib.
Luiziana qubernatoru Ceff Lendrinin Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edilməsi ilə bağlı suala cavab olaraq ABŞ prezidenti bildirib ki, bu təyinat onların Qrenlandiyaya verdiyi əhəmiyyəti nümayiş etdirir.

Tramp deyib: "Bizə Qrenlandiya minerallar üçün deyil, maliyyə təhlükəsizliyi üçün lazımdır. Bizə milli təhlükəsizlik üçün Qrenlandiya lazımdır. Qrenlandiyaya baxsanız, sahil xətti boyunca başdan-ayağa getsəniz, hər yerdə Rusiya və Çin gəmilərini görərsiniz. Bizə milli təhlükəsizlik üçün lazımdır. Bizə ona sahib olmalıyıq, Qrenlandiya çox vacibdir."

Tramp bildirib ki, Landry çox yaxşı sövdələşmələr apara bilən vacib bir şəxsdir və Qrenlandiya məsələsində ona etibar etdiyini əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ