Prezident açıqladı: Ölkəmizə 10 ədəd "Oreshnik" yerləşdiriləcək


Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsində 10 ədəd "Oreshnik" ballistik raket sisteminin yerləşdiriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündən sonra jurnalistin "Rusiya Prezidenti Vladimir Putindən xahiş etdiyiniz kimi 10 "Oreşnik" sistemi aldınızmı?" sualına cavab verib.

Dekabrın 18-də Belarus lideri Lukaşenko Rusiyanın "Oreshnik" orta mənzilli ballistik raket sisteminin ölkəsində döyüş xidmətinə başladığını elan etdi.

Ötən il Rusiya Prezidenti Putin Rusiya ordusunun Amerika və Britaniyanın uzaqmənzilli silahlarından istifadə etməsinə cavab olaraq, Ukraynanın hərbi-sənaye kompleksi obyektinə Rusiyanın ortamənzilli raket sistemindən olan qeyri-nüvə hipersəs raket sistemi olan "Oreshnik" ballistik raketindən istifadə edilərək hücum edildiyini bildirmişdi.

Daha sonra Belarus prezidenti Lukaşenko da ölkəsində "Oreshnik" sistemlərinin yerləşdiriləcəyini açıqlayaraq, ilk mərhələdə 10 sistemin yerləşdirilməsini planlaşdırdıqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ