Tramp Epşteynlə bağlı sükutunu pozdu: Bu dəhşətli bir şeydir!


ABŞ prezidenti Donald Tramp yetkinlik yaşına çatmayan qızları hədəf alan cinsi istismar və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan və həbsxanada ölən milyarder Ceffri Epşteynlə bağlı istintaqın bir hissəsi olaraq açıqlanan sənədlərlə bağlı sükutu pozub.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti bu adamı "günahsız tanıyanların" nüfuzuna xələl gələ biləcəyindən şikayətlənib.

ABŞ Ədliyyə Nazirliyinin Epşteyn istintaqı ilə bağlı Trampın şəklini veb saytından silib, ictimai etirazlardan sonra bərpa etməsindən sonra danışan Tramp Epşteyn sənədlərinin daim gündəmə gətirilməsinin respublikaçıların nailiyyətlərini kölgədə qoymaq məqsədi daşıdığını bildirib.

Tramp Epstein dosyesində şəkli olan keçmiş prezident Bill Klintona istinad edərək dedi: "Mən Bill Klintonu sevirəm. Mən Bill Klintonla həmişə yaxşı yola gedirdim; mən ona qarşı mehriban idim, o da mənə qarşı mehriban idi... Onun şəkillərinin dərc olunmasını istəmirəm, amma Demokratlar, əsasən Demokratlar və bir neçə pis Respublikaçı bunu istəyirlər, ona görə də mənim də şəkillərimi yayımlayırlar".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ