ABŞ Federal Təhlükəsizlik Komissiyası (FCC) ABŞ-a satışı və ya idxalı qadağan olunmuş məhsulların siyahısına yeni bir əlavə elan etdi.
Turkustan.az xəbər verir ki, bəyanatda xaricdə istehsal olunmuş pilotsuz uçuş sistemlərinin (PUA) və onların vacib komponentlərinin siyahıya əlavə edildiyi qeyd olunaraq, bu məhsulların "ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risk yaratdığı" iddia edilir.
Bəyanatda bu qərarın bir neçə səbəbi göstərilib, o cümlədən ABŞ-ın 2026-cı ildə FİFA Dünya Kuboku və 2028-ci ildə Olimpiya Oyunları kimi böyük tədbirlərə ev sahibliyi etməsi, eləcə də "ABŞ hava məkanını kartellərdən, terrorçu qruplardan və xarici hökumətlərdən qorumaq üçün artan ehtiyac" qeyd edilib.
Qeyd edilib ki, qərar artıq ABŞ-da satılan məhsullara şamil edilmir.
ABŞ Nümayəndələr Palatasının Çin Kommunist Partiyası üzrə Xüsusi Komitəsi ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verilən açıqlamada qərarı dəstəklədiyini bildirib.
Bəyanatda qadağanın "milli təhlükəsizliyi qoruyacağı və Çin istehsalı olan dronların yaratdığı təhlükəni azaldacağı" iddia edilirdi.
Aytən Yaşar/ Turkustan.az