Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Venesuela neft tankerlərini ələ keçirməsinin qlobal iqtisadiyyat üçün mənfi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, Venesuela xarici işlər naziri İvan Gil dövlət televiziyası VTV-də prezident Maduronun yazdığı məktubu oxuyub.
Məktubda Maduro ABŞ-ın Karib dənizində Venesuela nefti daşıyan iki gəmini ələ keçirməsinin qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyini və bu hərəkətlərin yalnız Venesuela ilə məhdudlaşmayacağını, bütün regionun sabitliyini təhdid edəcəyini bildirib.
Maduro bunları bildirib:
"Venesuelanın enerji ticarətini hədəf alan blokada və piratçılıq neft və enerji təchizatına təsir edəcək, beynəlxalq bazarlarda qeyri-sabitliyi artıracaq və Latın Amerikası və Karib dənizi ölkələrinin, eləcə də dünyanın, xüsusən də ən həssas ölkələrin iqtisadiyyatına ciddi zərər vuracaq. Enerji müharibə silahına və ya siyasi təzyiq alətinə çevrilə bilməz".
Aytən Yaşar/ Turkustan.az