Tramp Maduroya sərt xəbərdarlıq etdi


ABŞ Prezidenti Donald Tramp Yeni il tətilini keçirdiyi Florida ştatındakı Mar-a-Lago malikanəsində jurnalistlərə açıqlama verərək ABŞ–Venesuela münasibətlərindəki gərginliyə toxunub.

Turkustan.az xəbər verir ki, Tramp Venesueladan ABŞ-a çox sayda qanunsuz miqrant və cinayətkarın göndərildiyini iddia edib. O, həmçinin bu ölkədən böyük həcmdə narkotik maddənin ABŞ-a daxil olduğunu bildirərək, bunun qarşısının alınacağını vurğulayıb.

ABŞ-ın əsas məqsədinin Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq olub-olmadığı ilə bağlı suala Tramp belə cavab verib:
“Yəqin ki, belə ola bilər. Bilmirəm. Bu, onun nə edəcəyindən asılıdır. Onun üçün ağıllı seçim bu olar. Görəcəyik”.

Maduronu dolayı yolla təhdid edən Tramp əlavə edib:
“O, istədiyini edə bilər. Amma həddindən artıq irəli getsə, bu, onun sonuncu dəfə belə etməsi olacaq. Cənubi Amerikada indiyə qədər sahib olduğumuz ən böyük donanmamız var”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ