Tramp sülh çağırışı etdi: “Müharibəni dayandırmağın vaxtıdır”


ABŞ prezidenti Rusiyanın Ukraynaya qarşı başladığı müharibəyə son qoymaq məqsədilə aparılan danışıqların davam etdiyini bildirib və müxtəlif ölkələr arasında sülhün əldə olunmasında rolunu bir daha vurğulayıb.

Turkustan.az xəbər verir ki, Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Ukrayna və Rusiya ilə bağlı danışıqlar davam edir. Bildiyiniz kimi, ötən ay 27 min əsgər itirilib”, – deyə Tramp qeyd edib və əlavə edib ki, danışıqlar prosesi davam etməkdədir.

ABŞ prezidenti eyni zamanda Rusiya lideri Vladimir Putinlə Ukrayna prezidenti Volodymyr Zelenski arasında “dərin qarşıdurma və nifrətin” mövcud olduğunu bir daha xatırladıb.

Tramp bildirib: “Danışıqlar yaxşı gedir, lakin mən indiyədək səkkiz münaqişənin həllində iştirak etmişəm. Hesab edirəm ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə hələ tam həllini tapmayıb”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ