Rusiya- Ukrayna müharibəsinin başlamasından dörd il keçməsinə və atəşkəs danışıqlarının davam etməsinə baxmayaraq, münaqişə davam edir.
Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial media paylaşımında Rusiyanın dünən gecədən bəri Ukraynaya genişmiqyaslı hücuma başladığını , 650-dən çox dron və 30-dan çox raketdən istifadə edərək enerji sektorunu və mülki infrastrukturu hədəf aldığını bildirib.
Zelenski hücumlarda bir uşaq da daxil olmaqla üç nəfərin həyatını itirdiyini bildirib və deyib: “Kiyev bölgəsində bir qadın Rusiya pilotsuz təyyarəsi tərəfindən öldürülüb. Xmelnitski bölgəsində bir nəfərin öldüyü açıqlanıb. Jitomir bölgəsində isə Rusiya pilotsuz təyyarəsinin evə dəyməsi nəticəsində 4 yaşlı uşaq ölüb. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”. Zelenski həmçinin Rusiyanın ən azı 13 bölgəyə hücum etdiyini və çoxsaylı pilotsuz təyyarələrin və raketlərin vurulduğunu bildirib.
Zelenski deyib: “Rusiyanın bu hücumu Rusiyanın prioritetləri barədə son dərəcə aydın bir siqnal göndərir. Bu, Miladdan əvvəl, insanların sadəcə ailələri ilə, evlərində və təhlükəsiz olmaq istədikləri bir hücumdur. Bu, bu müharibəyə son qoymaq məqsədi daşıyan danışıqların tam ortasında həyata keçirilən bir hücumdur. Putin hələ də öldürməyi dayandırmalı olduğunu qəbul edə bilmir. Bu o deməkdir ki, dünya Rusiyaya kifayət qədər təzyiq göstərmir. İndi hərəkətə keçməyin vaxtıdır”.
Aytən Yaşar/ Turkustan.az