Yaponiyanın peyk təşəbbüsü uğursuz oldu


Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) H3 raketinin buraxılışdan sonra peykini orbitə çıxara bilmədiyini açıqladı.

Turkustan.az xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, "Mijibiki № 5" naviqasiya peykini daşıyan H3 raketi JAXA tərəfindən Kaqoşima prefekturasındakı Taneqaşima Kosmik Mərkəzindən buraxılıb.

Buraxılışdan qısa müddət sonra H3 raketinin ikinci mühərriki gücünü itirdi, bu da onun peykini orbitə çıxarmasına mane oldu və nəticədə missiya uğursuz oldu.

H3 raketi, 20 ildən çoxdur ki, Yaponiyanın kosmik tədqiqatlarında mühüm rol oynayan H2A raketinin varisi hesab olunur.

JAXA və Mitsubishi Heavy Industries (MHI) tərəfindən hazırlanmış H3 raketinin ilk buraxılış sınağı 2023-cü ilin mart ayında uğursuz oldu.

Sözügedən raket havaya qalxdıqdan sonra ikinci mərhələli mühərrikinin alovlanması səbəbindən partladılmışdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ