TƏCİLİ! Şəmsi Səmədzadə HƏBS OLUNDU


Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

Turkustan.az xəbər verir ki, Şəmsi Səmədzadə Gürcüstan ərazisində saxlanılaraq, həbs olunub.

Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də Demokrat.az-a təsdiqləyib.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb. /Demokrat.az/


MANŞET XƏBƏRLƏRİ